Sumqayıtda 34 yaşlı qadın döyülüb.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Hümbətova Aliyə Voroşil qızı ailə münaqişəsi zəminində döyülüb. Sol əlinin barmaqları sındırılan qadın xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.