Bakıda sürüşmə və subasma olacaq - Nazirlik rəsmisindən xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Bakıda sürüşmə və subasma olacaq - Nazirlik rəsmisindən xəbərdarlıq

Payız mövsümündə yağışların intensivləşməsi nəticəsində Bayıl yamacında sürüşmənin olması gözlənilir.

Bu barədə oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Mütəxəssis xatırladıb ki, yağış suları sürüşmə baş verən ərazilərdə aktivliyi artırır:

"Bu yaxınlarda vətəndaşların müraciətləri ilə bağlı olaraq həmin ərazidə oldum. Belə ki, əhali keçən ilin oktyabr ayında sürüşmə baş verdiyinə görə bağlanan Badamdardakl 20-ci sahə avtomobil yolunun açılmasını istəyirlər.

Hazırda həmin ərazidə ümumi vəziyyət stabildir. Amma gələcəkdə sürüşmənin baş verməyəcəyinə zəmanət vermək olmaz. Gələcəkdə həmin ərazidə sürüşmənin olması gözlənilir. Çünki kütlə artıq əvvəlki stabil vəzyiyyətini dəyişib. Həmçinin, yağış suları alt süxurlara təsir etdiyi zaman sürüşmə baş verir. Payız mövsümündə də yağışlar artdığı zaman sürüşmə kütləsində aktivlik qeyd oluna bilər. Amma hazırda vəziyyət stabildir".

Əziz Qaralov hazırda subasma ərazilərində də stabil vəziyyətin hökm sürdüyünü bildirib: "Yağışların miqdarı çoxalan zaman subasma halları olacaq".
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 227 02.09.19 17:30