ABŞ prezidenti Donald Tramp "Dorian" qasırğasının yaxınlaşdığı Florida ştatı ərazisində fövqəladə vəziyyətin tətbiqi ilə bağlı fərman imzalayıb.
Report Ağ Evin Mətbuat xidmətinə istinadən xəbər verir ki, sənəddə bölgə və məhəlli hakimiyyət qurumlarının vəsaitinə əlavə olaraq fövqəladə halların qarşısını almaq üçün federal yardım ayırmaq nəzərdə tutulur.
Milli Qasırğaları Müşahidə Mərkəzinə görə “Dorian” qasırğası bu həftənin sonu - gələn həftənin əvvəlində Florida sahillərinə çatmalıdır. Həmin vaxt qasırğanın güclənərək Saffir - Simpson cədvəlinə görə beş dərəcədən dördüncü səviyyəyə çatacaq.