Deputat Xanlar Fətiyevin şirkəti cərimələndi – Ölkədən çıxan vəsaitin taleyi məlum deyil » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Deputat Xanlar Fətiyevin şirkəti cərimələndi – Ölkədən çıxan vəsaitin taleyi məlum deyil

Nərimanov Rayon Məhkəməsində “Aznur Trade” MMC-nin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarılıb.
 
Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola uyğun olaraq cərimə edilib.
 
Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
 
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.
 
“Aznur Trade” MMC Azərbaycanda “Belarusskiy” ticarət şəbəkəsini idarə edir. “Belarusskiy” mağazalar şəbəkəsində Belarusun istehsalı olan geniş çeşidli qida məhsulalrı satılır. Adıçəkilən şirkətin isə parlamentin oliqarx deputatlarından biri olan Xanlar Fətiyevə aid olduğu bildirilir.


Bir müddət əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli bununla bağlı ətraflı və rəsmi sənədlərə əsaslanan məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, oliqarx deputatın Avropada da geniş şəbəkəyə malik biznesinə təkcə avtomobil icarəsi, taksi xidməti və turizm sahəsində imperiya yox, həm də supermarketlər şəbəkəsi daxildir.

Belə ki, jurnalistin bildirdiyinə görə, Bakı şəhərində Nərimanov prospekti 205 ünvanındakı “Belaruski” supermarketi də deputata məxsusdur. Eyni zamanda, Xanlar Fətiyev Tiflisdə eyni ad altında 4 supermarketdən ibarət marketlər şəbəkəsi qurub.

Bütün bunlarla yanaşı, deputatın şirkətinin qanunlara məhəl qoymadığı da məlum olur. Bunu yuxarıda qeyd edilən məhkəmə qərarı da təsdiqləyir. Bu, o deməkldir ki, deputatın şirkəti xaricə mal idxalı adı altında külli miqdarda vəsait çıxarsa da, əvəzində heç nə idxal etməyib. Nəticədə buna görə sadəcə, ölkədən çıxarılan həmin məbləğin müəyyən faizini cərimə şəkildə ödəməklə razılıaşmış olub. (Fed.az)
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 582 30.08.19 21:12