Yeni xəstəlik mənbəyi: elektron siqaret aludəçiləri artır, rəqəmlər isə açıqlanmır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Yeni xəstəlik mənbəyi: elektron siqaret aludəçiləri artır, rəqəmlər isə açıqlanmır

Son vaxtlar gənclər elektron siqaret çəkməyə üstünlük verirlər. Bununla da siqareti tərgidəcəklərini düşünürlər, amma elektron siqaretin səhhətlərinə ziyan olduğunu bilmirlər.

Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb. Belə ki, ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsi nəticəsində xəstələnib. Aparılan araşdırmalara görə, iyulun 28-dən etibarən ölkədə qeydə alınan 193 ağciyər və tənəffüs xəstəlikləri elektron siqaretdən istifadəyə görə baş verib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin İctimai Sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında elektron siqaretin adi siqaretdən daha təhlükəli olduğunu və ona müraciət edənlərin sayının getdikcə artdığını bildirib:

"Araşdırmalar elektron siqaret çəkənlərin sayının artdığını göstərir. Amma hələ dəqiq rəqəmlər göstərilmir. Hətta bir necə il öncə Ümumdünya Səhiyyə Təşkilatı öz narahatlığını bildirərək, elektron siqaretlərdən istifadə edənlərin sayının getdikcə artdığını, bu siqaretlərin təbliğ edildiyini bəyan etmişdi".

T.Musayev deyib ki, hazırda bir çoxları tütündən xilas olmaq üçün təhlükəsiz olduğunu zənn edərək, elektron siqaret çəkirlər, amma bunun daha ziyanlı olduğunu bilmirlər:

"Ümumiyyətlə, elektron siqaretdən sonra asanlıqla adi siqaretə keçmək mümkündür. Elektron siqaretin təhlükəli olub-olmaması ilə bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, onun tərkibində qızdırılanda buxar yaradan maddələr əmələ gəlir. Onların hər biri təhlükə mənbəyidir, müxtəlif onkoloji və böyrək xəstəliklərinə səbəb olur".

Şöbə müdiri növbəti illərdə də elektron siqaret çəkənlərin sayında artım ola biləcəyini istisna etməyib:

"Bu sahədə tədqiqatlar hələ davam edir. Hazırda Azərbaycan da daxil olmaqla, dünya səviyyəsində bu məsələ ilə əlaqədar yeni tədbirlər görülməyə başlanılır”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 498 30.08.19 12:14