Azərbaycanda görünməmiş vəhşilik: At və balasını öldürüb, dirəkdən asdılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Azərbaycanda görünməmiş vəhşilik: At və balasını öldürüb, dirəkdən asdılar

Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşanan qeyri-insani hərəkət sakinlərin və turistlərin narazılığına səbəb olub.

Median.Az Modern.az-a istinadən xəbər verir ki, kənd sakinlərindən biri sağlam ana at və balasını işgəncə verərək öldürüb və yaşayış evlərindən təxminən 150 metr məsafədə quraşdırdığı dirəkdən asıb.
Həmin şəxsin məqsədi leş iyinə gələn canavarları ov tüfəngi ilə vurmaq və onun dişini və dərisini satmaqdır. Bildirilir ki, qanunsuz ovla məşğul olan Xoşbulaq sakini öldürdüyü canavarın dişini 200 manata satır.

Bildirilir ki, hələ mart ayından həmin yerdən asılan atların - leş iyindən kənddə yaşamaq olmur. Xoşbulaq sakinlərindən biri kəndə gələn turistlərə bildirib ki, bu "canavar ovçusu"na kənddə "gözün üstə qaşın var" deyən yoxdur. "Bu oğlan kənddə "at oynadır". Əlində silah gəzir. Hamı ondan qorxur. Atların leşi üfunət iyi verir, iydən boğuluruq. Kəndə infeksiya yayılır. Atların leşini ordan götürmür ki, noyabrda canavarlar yenə leş iyinə gələcək, bu da onları öldürüb dişini, dərisini, yağını satacaq. Dərdimizi heç kimə deyə bilmirik", - deyə Xoşbulaq sakinlərindən biri deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 326 29.08.19 13:40