Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Seymur Həzi cəza müddəti başa çatdığı üçün azadlığa çıxıb.
Bu barədə onun qayınatası Tofiq Yaqublu "Facebook" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq, beş il müddətinə azadlıqdan məhrum edilmişdi.