Bakıda azyaşlı bacı-qardaşı oğurlayıb diləndirmək istəyən qadın danışdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Bakıda azyaşlı bacı-qardaşı oğurlayıb diləndirmək istəyən qadın danışdı - VİDEO

Bakıda azyaşlı bacı-qardaşı oğurlamaqda şübhəli bilinərək saxlanılan qadin ''Xəzər Xəbər''ə açıqlama verib.

Xatırladaq ki, hadisə avqustun 15-də paytaxtın Binəqədi rayonunda baş vermişdi və 26 yaşlı qadın uşaqları yaşadıqları evdən oğurladıqdan sonra Bərdəyə qaçmışdı.

Bakıda azyaşlı uşaqları oğurlayaraq Bərdəyə qaçan qadın törətdiyi cinayəti etiraf edib.

Söhbət bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu, 3-cü mədən, korpus 76 ünvanından 6 və 7 yaşlı bacı-qardaşın oğurlanmasından gedir. Uşaqların anası Çiçək Abbasova ayın 15-də ərazi üzrə Binəqədi rayon 43-cü polis bölməsinə şikayət edib ki, işdən evə qayıdarkən övladları - 6 yaşlı Mələk və 7 yaşlı Rahil Mirzəyev naməlum şəraitdə evdən gediblər.

Qadın polisə onu da bildirib ki, hadisədən iki gün əvvəl işlədiyi kafedə özünü Gözəl adı ilə təqdim edən bir qadınla tanış olub. Çiçək Abbasova yanında bir azyaşlı uşaq olan həmin qadına etibar edərək evində ona sığınacaq verib.

Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi və Bərdə polisləri birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan uşaqların yeri müəyyən edilib. Azyaşlılar sağ-salamat valideynlərinə qaytarılıb. Bu ictimai təhlükəli əməldə şübhəli bilinən 26 yaşlı Nargilə Quliyeva da tutularaq istintaqa cəlb edilib.

Polis araşdırma zamanı müəyyən edib ki, Nargilə Quliyeva paytaxtda dilənçiliklə məşğuldur. Onun planı azyaşlıları oğurladıqdan sonra dilənçiliyə sövq etmək olub.

Faktla bağlı Nargilə Quliyeva barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri hələ davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 216 28.08.19 14:54