Keçmiş qayınanası Gültəkin Hacıbəylidən 50 min dollar tələb edir - MƏHKƏMƏ İŞİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Keçmiş qayınanası Gültəkin Hacıbəylidən 50 min dollar tələb edir - MƏHKƏMƏ İŞİ

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyli ilə keçmiş qayınanası Nəhayət Məmmədova arasında pul və mülk davası ilə bağlı yeni detallar məlum olub.

“Yeni Sabah” xəbər verir ki, keçmiş qohumlar arasında artıq uzun müddətdir davam edən məhkəmə prosesinin səbəbi hələ evli olan zaman tərəflər arasındakı 50 min dollarlıq borc məsələsidir.

Yaşadıqları Səməd Vurğun küçəsi, 92A ünvanında yerləşən 12 saylı mənzili təmir etmək adı ilə G.Hacıbəyli qayınanasından qeyd olunan məbləğdə pul alıb. O, 2003-cü ildə N.Məmmədovanın oğlu ilə ailə həyatı qurub və elə həmin il qeyd olunan mənzil Bakı şəhər İcra Hakimiyyəti tərəfindən deputata hədiyyə edilib.

Lakin sonradan bəlli olub ki, alınan pul evin təmirinə xərclənməyib. Ümumiyyətlə, həmin mənzil təmir edilməyib və Hacıbəyli o evdə yaşamayaraq, anasının yanına köçüb. Mənzil isə kirayə verilib. Baş verənlərdən xəbər tutan N.Məmmədova o zaman deputat olan G.Hacıbəylidən pulu geri qaytarmağı tələb etsə də, buna nail ola bilməyib və iş məhkəməyə qədər gedib çıxıb.

O da ortaya çıxıb ki, G.Hacıbəyli hələ deputat olarkən qayınanasını məhkəməyə verərək ondan 20 min manat pul almağa nail ola bilib. Xəbərə görə, o, N.Məmmədovanın evində qeydiyyata düşmək və ya əvəzində qeyd olunan məbləğdə kompensasiya ödənilməsi ilə bağlı iddia qaldırıb. Maraqlıdır ki, məhkəmə deputatın iddiasını təmin edib və qayınana gəlininə əlavə olaraq 20 min manat da ödəməyə məcbur olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 097 28.08.19 14:47