Astara rayonunda heyvan otaran şəxs yıxılıb ölüb.
Median.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Şümrüd kəndində baş verib.
Kənd sakini, 1952-ci il təvəllüdlü epilepsiya xəstəsi Zülfüqarov Cavanşir Məsti oğlu yaşadığı kəndin ərazisində mal-qara otararkən epileptik tutması yaranıb. C.Zülfüqarov otlaq sahəsində yıxılıb. O müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran şəhər Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
C.Zülfüqarov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.