25 ildir Azərbaycanda səfil həyatı yaşayan rus vətəninə göndəriləcək.
Rusiyanın Vladimirski vilayətinin sakini olan Viktor Seryakov 18 aydır Quba Mərkəzi Rayon Xəstəxanasında yaşayır.
Gözləri tutulduğu üçün xəstəxanaya müraciət edən V.Seryakovun getməyə heç bir yeri olmadığından onu xəstəxanada saxlayıblar. Azərbaycana iş üçün gələn yaşlı kişi bir müddət Siyəzənin Gilgilçay qəsəbəsində işləyib. Hazırda onun gözləri görmür.
Ombudsmanın köməyi ilə Rusiya tərəfi ilə V.Seryakov barəsində danışıqlar aparılıb, sənədləri hazırlanıb. Onun təkcə aviabiletinin alınması məsələsi qalıb.
Qeyd edək ki, V.Seryakov 1991-ci ildə Rusiyada həbsdə olub. Üç ildən sonra azadlığa çıxan V.Seryakova ölkəsində iş verilmədiyi üçün azərbaycanlı dostlarının köməyi ilə ölkəmizə gəlib.
/oxu.az/