Bakının Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az xəbər verir ki, hadisə Sahil metrosunun yanında - Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində baş verib. Hadisəyə səbəb taksi fəaliyyət ilə məşğul olan avtomobilin hər iki küçənin kəsişməsində olan piyada keçidinin yanında yaşlı kişini (red: şəxsiyyəti dəqiqləşdirilməyib) vurması olub. Hadisə nəticəsində piyada yerə yıxılaraq başından ağır kəllə-beyin travması alıb və hadisədən bir neçə dəqiqə sonra keçinib.
Faktla bağlı araşdırma başlanılıb.