“Silence” haker qruplaşmasının vurduğu ziyan açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

“Silence” haker qruplaşmasının vurduğu ziyan açıqlandı

"Silence" haker qruplaşmasının bütün dünya üzrə vurduğu ziyan 4,2 milyon dollar təşkil edib.

Median.Az "ICTnews"a istinadən xəbər verir ki, 2018-ci ilin mayından avqustun 1-dək olan müddət ərzində ekspertlər tərəfindən qruplaşmaya məxsus müxtəlif ölkələrin bankların qarşı yönələn 16 yeni kampaniya qeydə alınıb.

2019-cu ildə haker hücumlarının coğrafiyası qrupun mövcudluğu tarixində ən genişi olub. Belə ki, onlar Asiya, Avropa və MDB-nin 30-dan çox dövlətində işçi stansiyaları viruslara yoluxdurublar.
Kibertəhlükəsizlik üçün həllər tərtibatçıları tərəfindən diqqətin artırılmasına cavab olaraq "Silence" alətlərində bir sıra modifikasiyalar aparılaraq yenilərindən istifadəyə başlanılıb. Məsələn, hücumun ilk mərhələsində tətbiq edilən və onun uğurluluğunu müəyyənləşdirən "Silence.Downloader" (və ya TrueBot) fayl yükləyicisi əsaslı şəkildə yenilənib. Dəyişikliklər, həmçinin "Silence.Downloader" və "Silence.Main" yükləyicilərinin icra məntiqinə, eləcə də botlar tərəfindən yerinə yetirilən komandalara şamil edilib.

Bundan başqa, mayda "Ivoke" bekdoru - vəzifəsi yoluxdurulmuş sistem barədə məlumatlar toplamaq və növbəti mərhələni idarəedici serverin komandası ilə yükləmək olan tam faylsız troyan aşkarlanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 452 24.08.19 21:31