Bakının Sahil qəsəbısində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az APA-ya istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobil yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Babayeva Əminə Baloğlan qızını vurub.
Yaralı 1 saylı şəhər klinik xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, xəsarət alan qadın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdı.