ABŞ şirkəti Azərbaycanın qızıl yataqlarındakı payını satır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

ABŞ şirkəti Azərbaycanın qızıl yataqlarındakı payını satır

ABŞ-ın “R.V. İnvestment Group Services, LLC” şirkəti Azərbaycanın qızıl yataqlarındakı payını satacaq.

Median.Az
APA-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin bununla əlaqədar Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services, LLC” şirkəti arasında bağlanmış “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə “R.V. İnvestment Group Services, LLC” şirkətinə məxsus payların alqı-satqı üsulunun müəyyən edilməsi və həyata keçirilməsi ilə bağlı məsləhət xidmətinin satın alınmasına dair elan etdiyi tenderin nəticəsi açıqlanıb.

Tenderin qalibi "OMNİ" Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub.

Bağlanmış müqaviləyə əsasən, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services, LLC” şirkəti arasında bağlanmış “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə “R.V. İnvestment Group Services, LLC” şirkətinə məxsus payların alqı-satqı üsulunun müəyyən edilməsi və həyata keçirilməsi ilə bağlı məsləhət xidməti üçün "OMNİ" QSC-nə 265 min manat ödəyəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 673 21.08.19 22:45