Qazaxda Rusiya vətəndaşı ölüb.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, avqustun 20-də saat 15:30 radələrində Rusiya Federasiyası vətəndaşı, 1946-cı il təvəllüdlü Nazim Hüseynov qonaq gəldiyi Qazax rayonu Canallı kəndindəki evin həyətində qəfildən ölüb.
İlkin ehtimala görə, N.Hüseynov ürək çatışmazlığından vəfat edib.
Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib, araşdırma aparılır.