Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb

Dünyada qızılca xəstəliyi sürətlə yayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, 20 milyon insanın həyatı risk altındadır.

2019-cu ilin altı ayı ərzindəki statistika göstərir ki, qızılca xəstəliyi 2006-cı ildən bu yana pik həddə çatıb.

Qızılca xəstəliyinə yoluxma bəzi insanlarda ağır xəstəliklərə, ölümə və əlil olma hallarına gətirib çıxarıb.

Bu xəstəliyin ağır keçməsinin səbəblərindən biri də peyvəndlənmənin həyata keçirilməməsidir.

ÜST və UNICEF-in bu ilin iyul ayında açıqladığı hesabatda göstərilib ki, uşaqların 86 faizinə qızılcaya qarşı birinci doza peyvənd vurulub. 69 faizi isə ikinci dərəcəli dozada vaksin olunub. Bu isə o deməkdir ki, 2018-ci ildə 20 milyon uşaq peyvəndlənməyib.

2019-cu ilin yanvar-iyul aylarının statistikasına görə, 182 ölkədə 364 808 qızılcaya yoluxma halı qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə 181 ölkədə 129 239 nəfər qızılca xəstəliyinə tutulub.

Ümumiyyətlə, 2016-cı ildən etibarən qızılca xəstəliyi daha da artır.

Bu il Konqo Demokratik Respublikası, Madaqaskar və Ukraynada qızılca daha çox yayılıb. Anqola, Kamerun, Çad, Qazaxıstan, Nigeriya, Filippin, Cənubi Sudan, Sudan və Taylanda isə qızılca ilə bağlı vəziyyət kritik həddə çatıb.

ÜST-nin məlumatına görə, 2019-cu ildə Amerika Birləşmiş Ştatlarında qızılcaya yoluxma halı son 25 ildə ən yüksək göstəriciyə çatıb. Avropada isə 90 minə yaxın şəxs qızılcaya yoluxub. 2018-ci ildə bu rəqəm 84 462 olub.

Azərbaycan Səhiyyə Nazirliyi ölkədə qızılca xəstəliyinə görə epidemioloji vəziyyət barədə Oxu.Az-ın soğrusunu cavablandırıb.

Nazirlikdən bildirilib ki, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, həmçinin Azərbaycanla sərhəd olan Rusiya Federasiyası və Gürcüstanda qızılca xəstəliyi alovlanıb.

Qeyd olunub ki, həmin ölkələrlə intensiv miqrasiyanın mövcudluğu nəticəsində 2018-ci ilin noyabr ayından başlayaraq Azərbaycan əhalisi arasında, əsasən, 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyi qeydə alınmağa başlanıb.

"Sanitariya-epidemioloji xidmət orqanları tərəfindən hər bir qızılca xəstəliyi aşkar edilən xəstəlik ocaqlarında epidemioloji təhqiqatlar aparılıb.

Xəstələrin digər sağlam şəxslərlə təmasının məhdudlaşdırılması, maarifləndirici işlərin aparılması, müalicə idarələri tərəfindən xəstələrin vaxtında və effektiv müalicəyə cəlb edilməsi nəticəsində xəstəliyin geniş əhali kütləsi arasında yayılmasının qarşısı alınıb. Aparılmış səmərəli profilaktik və müalicə tədbirləri nəticəsində xəstəliyin ciddi ağırlaşmaları qeydə alınmayıb.

Qısa müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən böyük yaşlı əhalinin peyvənd olunması üçün ölkəyə qızılca-məxmərək əleyhinə vaksin gətirilib. Cari ilin mart-aprel aylarında ölkənin bütün ərazisində 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyinə qarşı təmizləyici immunlaşdırma tədbirləri aparılıb", - deyə Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunub ki, bununla yanaşı, uşaq və yeniyetmələr arasında qızılcaya qarşı peyvəndlə əhatə olunma tədbirləri də gücləndirilib:

"Nəticədə, 2019-cu ilin mart ayından başlayaraq xəstəliyin səviyyəsində azalma müşahidə olunub və iyulda cəmi iki hal qeydə alınıb".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 938 21.08.19 17:23