Bakının Qaradağ rayonunda ana ilə övladını avtomobil vurub.
Median.Az APA xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, 42 yaşlı Alina Vəliyeva və onun 8 yaşlı oğlu Aven Vəliyev qoşqulu yük maşınının vurması nəticəsində xəsarət alıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.