Qiymətə aldanmayın: 50 manata satılan bal saxta, 20 manatlıq isə keyfiyyətli ola bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Qiymətə aldanmayın: 50 manata satılan bal saxta, 20 manatlıq isə keyfiyyətli ola bilər

Bəzən arıçılar balın keyfiyyətinə və qiymətinə görə istehsalçıları aldadır, hətta balı dəyərindən iki dəfə baha satırlar. Belə ki, 20 manatlıq bal bəzən 50-70 manata satılır. Alıcı isə balın saxta olduğunu sonradan anlayır.

Mövzu ilə əlaqədar oxu.az-a açıqlama verən Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı Azərbaycanda balın pərakəndə satışının qiymətinin 20-40 manat arasında dəyişdiyini bildirib:

"Əslində, bu qiymət normaldır. Bu qiymətə arıçının və satan şəxsin qazancı da daxildir. Amma ola bilər ki, hansısa kənddə 20 manatdan nisbətən ucuz bal satılsın. Balın 40 manatdan baha satılması marketinq gedişidir.

Hesab edirəm ki, şəhər sakini olan istehlakçı 40 manatdan baha olan bal almamalıdır. Bu məhsulun bütün keyfiyyət xüsusiyyətləri 20, 30 və 40 manata satılan ballarda var. Bala bundan artıq pul ödəmək boş yerə pul sərf etməkdir. Çünki 40-50 manata satılan bal saxta da ola bilər, 20 manata olan bal isə daha keyfiyyətli çıxa bilər. Balın qiyməti onun keyfiyyət göstəricisi deyil".

E.Bayramlının fikrincə, balın keyfiyyətli olub-olmadığına laboratoriyada dəqiq diaqnoz qoyulur:

"Laboratoriyada yoxlanılmamış balın təmiz və ya saxta olduğunu demək mümkün deyil. Hətta bunu hər hansı peşəkar arıçının deməsi absurddur. Əgər iddia edirsə, deməli, yanlışlığa yol verir. Ola bilsin ki, arıçı öz arısına şərbət verməyib, amma arılar yaxınlıqdakı kənddə yerləşən noğul sexindən şərbət qəbul edirlər. Ona görə də peşəkar arıçılar belə bir iddia ilə çıxış etməməlidirlər.

Balın yoxlanılma üsulları haqqında deyilənlər yalandır. Bu, mümkün ola bilməz. Hətta 50 ilin arıçısı aldana və ya yanıla bilər. Bu səbəbdən balın saxta olub-olmadığını yalnız laboratoriyada yoxlamaqla bilmək olar".

O qeyd edib ki, Azərbaycanda ən yaxşı bal Kəlbəcər-Laçın iqtisadi rayonunda olurdu:

"Təəssüf ki, bu bölgə hazırda bizdə deyil. Düşmənlər tərəfindən işğal olunub. Arıçılıq baxımından ikinci yerdə isə Şəki-Zaqatala zonası gəlir. Amma son vaxtlar Aran iqtisadi rayonu da inkişaf edib. Keyfiyyətinə görə İsmayıllı və Naxçıvan balı da yaxşı hesab olunur".

Assosiasiya nümayəndəsi vurğulayıb ki, son zamanlar yaponlar Azərbaycandan aşağı qiymətə aldıqları Aran biyan balının bir kiloqramını 140 dollara satırlar:

"Əlbəttə ki, bu da marketinq gedişidir. Hətta yaponlar bizdən alıb apardıqları biyan balına görə mükafat belə alıblar. Azərbaycanda az tanınan ballar Avropada çox baha qiymətə satılır.

Son vaxtlar ərəb ölkələrinə Azərbaycan balının satışı üçün işlər görülür. Hətta nümunə üçün həmin ölkələrə ballar da göndərilir. Əgər razılaşma alınsa, 100 kiloqramdan 50 tona kimi bal göndərilə bilər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 137 20.08.19 16:00