Universitetə qəbul oldu, atası attestatını gizlətdi: "Çünki ögey bacım ali məktəbə daxil olmadı" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Universitetə qəbul oldu, atası attestatını gizlətdi: "Çünki ögey bacım ali məktəbə daxil olmadı"

18 yaşlı Orxan Bağırzadə universitetə qəbul olsa da, atası tərəfindən attestatı gizlədilərək ali məktəbdə qeydiyyatdan keçməsinə əngəl törədilib.

O, oxu.az-ın müxbiri ilə söhbətində atasının onun təhsil almasına mane törətməsinin səbəbindən danışıb.

O.Bağırzadənin sözlərinə görə, atasının təhsil almasına icazə verməməsinin səbəbi ögey bacısının universitetə qəbul olmamasıdır:

"Anam rəhmətə getdikdən sonra atam ikinci dəfə ailə həyatı qurdu. Onlar evlənən zaman qadının bir qızı var idi. Biz özümüz ailədə dörd uşağıq. Məndən böyük qardaşlarımın təhsil almağa həvəsi olmayıb, amma mənim həvəsim olub.

Həm ofisiant işləyirdim, həm də oxuyurdum və heç bir hazırlığa getmədən özüm hazırlaşaraq qəbul imtahanında 336 bal topladım, Azərbaycan Dillər Universitetinin rus-fransız dili üzrə tərcüməçilik ixtisasına ödənişli əsasda qəbul oldum. Mən ali məktəbə qəbul oldum, amma onun qızı universitetə daxil olmadığı üçün evdə prinsip yarandı. Mənə dedilər ki, o, oxumursa, sən də oxumayacaqsan".

O, atasının bu tələbinə etiraz etdiyini bildirib:

"Mənə dedi ki, oxumaq istəyirsənsə, evi tərk elə. Atam attestatımı gizlətdikdən sonra mən də evdən çıxdım".

O.Bağırzadə qeyd edib ki, artıq universitetdə qeydiyyatdan keçib:

"Təhsil Nazirliyi rəhbərliyinin məsələyə xüsusi yanaşması nəticəsində qeydiyyatdan keçdim. Universitet mənə qalmaq üçün yataqxana da təşkil edib. Bundan sonra həm işləyib, həm təhsil alacağam".

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 225 20.08.19 13:37