Komitə rəsmisi: Uşaqların evdən qaçmaması üçün valideynləri maarifləndirmək lazımdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Komitə rəsmisi: Uşaqların evdən qaçmaması üçün valideynləri maarifləndirmək lazımdır

Dünən səhər saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında 9-11 yaşlı qız ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib. Uşaq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini dilə gətirib.

Bənzər hadisə ilə birinci dəfə deyil ki rastlaşırıq. Bu problemin kökündə əslində nə dayanır?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Fərid Ədilov məsələni Oxu.Az-a şərh edərkən deyib ki, əksər hallarda valideynlərin uşaqlarla davranış şəklini bilməməsi azyaşlıları evdən qaçmağa vadar edir:

"Bu gün valideynlərin maarifləndirilməsinə ehtiyac var. Uşaqla daim ünsiyyətdə olan valideynlər uşaqlarla davranışa diqqət etməlidir. Bəzən uşaqlara qarşı zorakılıq və onların baxımsız qalması ilə bağlı məsələlərlə qarşılaşırıq. Aşkar edilən halların aradan qaldırılması və həlli istiqamətində müvafiq araşdırmalar aparırıq.

İlk olaraq qeyd etmək istərdim ki, Azərbaycanın bütün şəhər və rayonlarında yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Bu monitorinq qrupları həmin ərazilərdə vəziyyətin öyrənilməsi və yoxlanılması, həmçinin riskli ailələrin müəyyən edilməsi və onlara müvafiq dəstəyin göstərilməsi məqsədini daşıyır. Bununla yanaşı, monitorinq qrupları zorakılıq qurbanlarının müdafiəsini, bənzər halların müzakirə edilməsini də təmin edir".

Onun sözlərinə görə, araşdırmalar zamanı müəyyən olunur ki, uşaqlar ailə zəminində üzləşdiyi zorakılıq və baxımsızlıq səbəbindən bəzən evi tərk edirlər:

"Bu kimi məsələlərdə valideyn məsuliyyətinin artırılması və onun önəmi bir daha ortaya çıxır. Buna görə də valideynlərin maarifləndirilməsinə ehtiyac var.

Komitə tərəfindən uşaq hüquqları, ümumiyyətlə, bu istiqamətdə təşkil edilən təlim və tədbirlərə mütləq şəkildə valideynləri də dəvət edirik. Çalışırıq ki, onların bu sahədə maarifəndirilməsi işi artsın, valideyn-uşaq münasibətləri düzgün qurulsun. Bu halda azyaşlılar hər hansı problemin həllini evdən qaçmaqda deyil, valideynləri ilə ünsiyyətdə görəcək".

Psixoloqlar isə düşünür ki, yaşından asılı olmayaraq, uşaqların, xüsusilə, qızların evdən qaçmasının kökündə ailədaxili problemlər dayanır. Necə ki uşaqların doğru, uğurlu addımları valideylərin zəhmətinin nəticəsidir, yol verdikləri səhvlər də yenə valideynlərin məsuliyyətsizliyinin nəticəsidir. Psixoloqlar bir çox ailələrin ciddi reabilitasiyaya ehtiyacı olduğunu düşünürlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 035 20.08.19 13:32