Metro istifadəçilərinə ŞAD XƏBƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Metro istifadəçilərinə ŞAD XƏBƏR

Sentyabrın 16-da (Sentyabrın 15-i bazar gününə düşdüyü üçün dərslər bir gün sonra start götürəcək) ölkədə yeni tədris ilinin başlaması ilə bağlı nəqliyyat sahəsində də yeniliklər gözlənilir.
Məktəbli və tələbələrin tədrisə başlaması paytaxtda nəqliyyat sıxlığını istisna etmir.

Median.Az
xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında yeni tədris ili ilə bağlı hazırlaqların görüldüyünü və bəzi yeniliklərin olacağını açıqlayıb.
“Yeni tədris ili üçün bizdə xüsusi olaraq iş qrafiki mövcuddur. Bu, payız-qış qrafikinə keçiddən ibarətdir. Qatarların hərəkəti daha da sıxlaşdırılacaq və intervallar azalacaq. Bundan əlavə, yaxın günlərdə iki qatar xəttə buraxılacaq. Bu ayın axırına kimi daha iki qatar gətiriləcək. Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq”,- deyə Bəxtiyar Məmmədov əlavə edib.

Xatırladaq ki, bu ilin yanvar-aprel ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 77,1 mln. nəfər olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 502 19.08.19 20:21