Könül Xasıyeva haqqında yalan yazanlardan şikayət edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Könül Xasıyeva haqqında yalan yazanlardan şikayət edəcək

Xalq artisti Könül Xasıyevanın yenidən əməliyyat olunacağı, daha dəqiqi, sentyabrda onu iki əməliyyatın gözlədiyi barədə məlumatlar yayılıb. Qeyd olunub ki, K.Xasıyeva həm öd kisəsini kəsdirəcək, həm də qadın xəstəliyindən əməliyyat olunacaq.

Oxu.az-ın əməkdaşı sənərkarın səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. K.Xasıyeva gedən xəbərlərə bu cür münasibət bildirib:

"Haqqımda çoxlu sayda yalan məlumat yayırlar, hətta mənim ölüm xəbərimə qədər. Bütün bu xəbərləri müvafiq qurumlara təqdim edəcəyəm. Qoy həmin saytlar haqqında ölçü götürülsün və cəzalandırılsınlar".

O ki qaldı cərrahiyyə əməliyyatına, xalq artisti bunu nə təsdiq etdi, nə də təkzib:

"Bu barədə məndən heç nə soruşmayın. Sağ olun".

Qeyd edək ki, Xalq artisti Könül Xasıyeva bir neçə aydır ata yurdu Şəkidə yaşayır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 133 19.08.19 14:12