ABŞ-ın 6 ştatında elektron siqaret istifadəçiləri ağ ciyərində problem yarandığı üçün xəstəxanalara müraciət edib.
Nəfəs almaqda çətinlik çəkən 50-dən çox şəxsin ortaq nöqtəsi elektron siqaretdən istifadə etmələri olub.
Elektron siqaret istifadəçiləri arasında ölüm halı müşahidə edilməsə də, bir neçə nəfərin vəziyyətinin ağır olduğu üzə çıxıb.
Xəstələr əsasən, nəfəs almaqda problem yaşayır, sinələrində ağrı hiss edir və ürək bulanmasından əziyyət çəkirlər.
Ekspertlər hesab edir ki, elektron siqaretlər adi halda insanlar üçün təhlükəsiz görünsə də, bunun digər tütün məhsulları ilə müqayisədə riskləri az deyil. Belə ki, elektron siqaretlər də asılılıq yaradır və insanların səhhətində kifayət qədər problemlər yaradır.