Azərbaycanda narkotacir və narkoman qadınların sayı artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Azərbaycanda narkotacir və narkoman qadınların sayı artıb

2019-cu ilin 6 ayı ərzində narkotiklərlə əlaqədar 2310, o cümlədən narkotik vasitələrin satışı məqsədilə 707 cinayət aşkar edilərək qanunsuz dövriyyədən 810 kiloqram narkotik vasitə çıxarılıb.

Median.Az
statistik göstəricilərə istinadən xəbər verir ki, bu dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1535 nəfər cinayət törədib. Onlardan 1008 nəfəri (65,7 faizi) işsiz və təhsili olmayan, 399 nəfəri (26 faizi) əvvəllər cinayət törətmiş şəxs, 21 nəfər isə (1,4%) qadın olub.

2018-ci ilin müvafiq dövründə isə bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1162 nəfərdən 1009-u (86,8 faiz) əmək qabiliyyətli, işləməyən və təhsilsiz, 453-ü (39 faiz) əvvəllər cinayət törətmiş şəxs, 14-ü (1,2 faiz) isə qadın olub.

Ümumiyyətlə, Azərbaycanda rəsmi qeydiyyata alınan narkoman qadınların sayı da artıb.

Səhiyyə Nazirliyinin açıqladığı son rəqəmlərə görə, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-cı ildə 612-si, 2017-ci ildə isə 595-i qadın olub. 2018-ci ildə isə narkotik aludəçisi olan qadınların sayı artaraq 626 nəfərə çatıb.

2018-ci ildə yeni qeydiyyata alınan 1995 narkomanın 35-i (2017-ci ildə 26, 2016-cı ildə 29) qadın olub.

Ümumilikdə narkomanlar arasında 25-45 yaşlı insanlar üstünlük təşkil etsə də, qadın narkomanlar arasında 30-45 yaşlılar daha çoxdur.

Belə qadınların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçisidir.

Nazirlik bildirir ki, qadınlarda narkotiklərdən istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının orta müddəti iki aydır. Qadınlar bioloji və psixoloji xüsusiyyətlərinə görə narkotiklərə kişilərlə müqayisədə 10-15 dəfə daha sürətlə qurşanırlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 747 17.08.19 14:27