Metro çıxışlarında qanunsuz parklanmaya qarşı mübarizə aparılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Metro çıxışlarında qanunsuz parklanmaya qarşı mübarizə aparılır

Bakı Nəqliyyat Agentliyi (BNA) metrostansiyaların çıxışlarında qanunsuz parklanmaya qarşı ciddi mübarizə tədbirlərinə start verib. BNA-nın metro çıxışlarında qanunsuz parklanmaya qarşı tədbirləri dayanacaqlarda avtobusların rahat hərəkətinə imkan yaradıb. BNA-nın mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, metronun "Gənclik", "20 Yanvar", "Neftçilər" stansiyaları çıxışlarının ətrafı, eləcə də Moskva prospektində (Şamaxinka adlanan ərazi - Sumqayıt istiqamətində) avtobus dayanacaq məntəqələrində qanunsuz parklanmaya qarşı tədbirlər davam edir: "Bunun nəticəsidir ki, qeyd edilən dayanacaq məntəqələrində iş günü səhər və axşam pik saatlarda nəqliyyat vasitələrinin normal axını müşahidə edilir. Müntəzəm marşrut avtobuslarının dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışı təmin edilib".

Qeyd edək ki, BNA-nın qanunsuz parklanmaya qarşı mübarizə tədbirləri sərnişinlər tərəfindən də rəğbətlə qarşılanıb. Sosial şəbəkələrdə metrostansiyaların çıxışlarının qanunsuz parklanma zamanı və hazırkı vəziyyətini əks etdirən müqayisəli görüntülər paylaşılıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 204 16.08.19 20:38