“İstəməyən kişi tərəfi ola bilər” - Rəsmi nikaha dırnaqarası BAXANLAR - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

“İstəməyən kişi tərəfi ola bilər” - Rəsmi nikaha dırnaqarası BAXANLAR - VİDEO

Təəssüf ki, 21-ci əsrdə hələ də rəsmi nikahın vacib olmadığını düşünənlər var.

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, nikahdan yayınanlar isə daha çox kişi tərəfi, yaxud nikah yaşına çatmadan ərə gedən qızlardı.

Sakin: "Uşaq dünyaya gəlirsə baxmır rəsmidir, qeyri rəsmidir. Təbii ki öz canından, qanından dünyaya gəlibsə onun rəsmiyyətə adiyyatı yoxdur".

Sakin: "Nigah o qədərdə insanı bir birinə bağlamır. Əsas odur ki ,insan bir-birinə bağlanmalıdır".

Sakin: "Şəhərdə pramoy nigaha daxil olurlar. Amma kəndlərdə isə yox, adətən kəndlərdə az yaşlı qızlar nikaha daxil olmadan gedirlər".

Sakin: "Ən çox istəməyən kişi tərəfi ola bilər. Gələcəyi fikirləşib mülk məsələsi, bölgülər zada görə nikahsiz çalışırlar eləsinlər".

Sosioloqların da fikrincə gələcəkdə yaşana biləcək boşanma halları zamanı mal-mülkünü həyat yoldaşı ilə bölmək qorxusu bəzilərini münasibətlərini rəsmiləşdirməkdən çəkindirir. Evlənərkən, artıq ayrılmaq barədə düşünən beyinlərin rəsmi nikahdan qaçması isə təbii ki, başa düşüləndi.

Əhməd Qəşəmoğlu - Sosioloq: "Bəzilərinə deyirlər əşşi, nigahi nə edirik, bəzisinə deyirlər islami nigahimiz var, o birisin nə edirik. Bunların bir çoxu məsuliyyətsizlikdir. Gələcəkdə o məsuliyyətdən qaçmaq üçündur. Yəni ki, dövlətdə qeydiyyatda olanda, boşananda problemlər çıxır məhkəməyə getmək məhkəmədən gəlmək, amma burada mollaya deyirsən boşayır. Və yaxud nikah yoxdursa sağol, papağını götürür evdən getdi və ya qovaladı evdən. Bu sahədə boşluq var".

Gəldik məsələnin düyün nöqtəsinə. Bəziləri üçün rəsmi nikahın üzərinə kölgə salan dini nikah məsələsinə. Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən tərəflər arasında kəbini yalnız atestasiyadan keçən din xadimləri kəsə bilər. Göstərişə görə mollalar rəsmi nikahı olmayan cütlük üçün dini nikah bağlaya bilməz. Bəs necə olur ki, rəsmi nikahsız ailələrin sayı yenə də artır.

Fəxri Sadiqov - İlahiyyatçı: "Bəzi qeydiyyatdan keçməyən, atestasiyadan keçməyən din xadimləri var ki, hazır vərəqlərə kəbini yazırlar və heç bir möhür vurmurlar, sadəcə olaraq qol çəkirlər və ümumi kütlədə bu kağıza aldanır. O kağızın icində adlar da çox vaxt düzgün yazılmır. Artıq 2 gəncin arasında olan ailə münasibətləri qeyri-qanuni hesab edilir".

Statistikaya əsasən 2017-ci ildə ölkədə nikahdankənar doğulan körpələrin sayı 22 mindən çox olub. Keçən il isə bu rəqəm 20 minə enib. Kəndlərdə nikahsız uşaq dünyaya gətirənlərin sayı isə şəhər yerlərinə nisbətən iki dəfə çox olur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 208 16.08.19 19:25