Bu gün Bakı çimərliklərində iki nəfər boğulmaqdan xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Buzovnada baş verib.
Belə ki, qəsəbə ərazisində yerləşən qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunub.