Daşkəsəndə iki su mənbəyindən istifadə ediləcək - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Daşkəsəndə iki su mənbəyindən istifadə ediləcək - FOTO

Daşkəsən şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə yekunlaşmaq üzrədir.

Median.Az
Trend-ə istinadən bildirir ki, artıq şəhərdə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb. Hazırda tullantı sutəmizləyici qurğunun inşası davam etdirlir.

Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 12 min nəfər əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün suyun Qarainək bulaqları və Gurbulaq su mənbələrindən verilməsi qərara alınıb. Bu məqsədlə hər iki mənbədə suqəbuledici qurğular inşa olunub. Su mənbələrindən şəhərə qədər 20 km magistral su kəməri çəkilib və ümumi həcmi 4500 kubmetr olan 4 su anbarı, 2 ədəd nasos stansiyası inşa edilib.

Daşkəsən şəhərində 17 km paylayıcı su şəbəkəsi tikilib, 2030 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Yeni yaradılmış su təchizatı sistemi ilə Daşkəsən şəhərinə fasiləsiz suyun verilməsi təmin edilib. Şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulur. Bu məqsədlə 11,5 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilib. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə hazırda məhsuldarlığı sutkada 3500 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir.

Layihə çərçivəsində 1500 min nəfər əhalinin yaşadığı Alunitdağ və Mədənçilər qəsəbələrinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ötən müddətdə Alunitdağ qəsəbəsinə suyun verilməsi təmin edilib.

İşçilərin əmək şəraitinin yaxşılaşdırılması, həmçinin istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə layihə çərçivəsində Daşkəsən Sukanal Sahəsi üçün müasir tipli inzibati bina inşa edilir.

Qeyd edək ki, Daşkəsən şəhərində 1950-60-cı illərdə yaradılmış ilk su təchizatı və kanalizasiya sistemləri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdür.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 059 15.08.19 22:47