Alim Xəzərin səviyyəsindən danışdı: dəniz bizi tərk edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Alim Xəzərin səviyyəsindən danışdı: dəniz bizi tərk edir

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi fəlakət kimi qiymətləndirilmir.

Median.Az
Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.

"Xəzər dənizində suyun səviyyəsinin bir metrdən çox aşağı düşməsi fəlakət deyil, bu, ekstremal vəziyyət hesab olunmur", - deyə alim bildirib.

Hazırda Xəzərdə suyun səviyyəsinin aşağı düşdüyü müşahidə edilir. Məmmədovun fikrincə, buna baxmayaraq, ola bilsin ki, zamanla suyun səviyyəsi yüksəlsin.

"Ola bilsin, bir müddət sonra suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıdacaq. Xəzər dənizində dəyişikliklər dövri xarakter daşıyır", - alim deyib.

Xəzəri hasarlamaq hər adamın işi deyil - Reportaj>>

Onun sözlərinə görə, 1978-ci ildən 1995-ci ilədək olan dövrdə dənizdə suyun səviyyəsi 2,5 metrədək yüksəlib və bu, Azərbaycan iqtisadiyyatına çox böyük həcmdə ziyan vurub. Bu ziyan 2,5 milyard dollar dəyərində qiymətləndirilib.

"Bu, ekstremal vəziyyət idi. Hazırda isə bu həddə ziyan müşahidə edilmir", - deyə Məmmədov əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 097 14.08.19 19:25