Şabran rayonunda növbəti intihar hadisəsi baş verib.
Rayon sakini, 1959-cu il təvəllüdlü Comərd Yolçuyev özünü asaraq öldürüb. Onun ağır xəstəlikdən əziyyət çəkdiyi və dəfələrlə intihara cəhd etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, avqustun 12-də də Şabran rayonunda 46 yaşlı kişi intihar etmişdi.(Report)