Bakıda bədbəxt hadisə baş verib. “Report”un məlumatına görə, hadisə Nəsimi rayonu 4-cü mkr, Mircəlal 4 ünvanında qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü İsgəndərova Səma Coşqun qızı öz evlərinin eyvanından yıxılaraq xəsarət alıb.
4-cü mərtəbədən yıxılan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona müştərək travma, sol bud sümüyünün sınığı diaqnozu qoyulub və 2 yaşlı uşaq reanimasiyaya yerləşdirilib.