Samux rayonunda bədbəxt hadisə yaşanıb.
Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb. 2014-cü il təvəllüdlü Həsənli Zeyid ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun həyətlərindəki hovuza düşərək boğulduğu deyilir.
Azyaşlı hazırda özəl xəstəxanalardan birinə yerləşdirilib.
Samux rayon Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır