Şəki Xan Sarayının ərazisinə giriş bərpa edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Şəki Xan Sarayının ərazisinə giriş bərpa edildi

Bu gündən Dövlət Turizm Agentliyinin tabeliyindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib.

Median.Az
xəbər verir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, yerli və xarici mütəxəssislərin, digər dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib:

"Dövlət Turizm Agentliyi yerli və xarici turistləri yenidən saray ərazisində görməkdən məmnun olacağını bildirir və onları Şəki Xan Sarayını ziyarət etməyə dəvət edir".

Xatırladaq ki, iyulun 14-də saray ərazisindəki 1530-cu ilə aid çinar ağacının təxminən 50 santimetr diametrində olan budağı qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşmüşdü.

Respublika Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən birgə rəydə hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu açıqlanmışdı.

Hadisədən sonra müvafiq araşdırma və bərpa işlərinin bitməsinədək sarayın fəaliyyəti dayandırılmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            922 09.08.19 15:55