Qadın ərinə yuxu dərmanı verib başqası ilə yatırmış - Beyləqandakı intiharların təfərrüatı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Qadın ərinə yuxu dərmanı verib başqası ilə yatırmış - Beyləqandakı intiharların təfərrüatı

Bu günlərdə Beyləqan rayonunun Birinci Şahsevən kəndində baş vermiş faciənin təfərrüatı məlum olub.

Məlum olduğu kimi, iyulun 31-də sevgili cütlük - qadın aşpaz və kənd uşaq bağçasının gözətçisi intihar ediblər. Bundan başqa, aldadılmış ər arvadının xəyanət etdiyi ehtimal olunan başqa kişiyə bıçaq xəsarəti yetirib.

Xatırladaq ki, yerli sakin R.H. həyat yoldaşını başqa kişi - G.B. ilə tutub. Rüsvay olan qadın bundan sonra ata evinə qaçıb, lakin qohumları onun müdafiəsinə qalxmadığına görə intihar etmək qərarına gəlib. İki uşaq anası olan N.H. özünü asıb.

G.B. də Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində özünü öldürüb.

Aldadılmış ər öyrənib ki, arvadı ona başqa kişi ilə - E.E. ilə də xəyanət edib. Kişi şübhəlini arvadı ilə sevgi əlaqələri saxlayarkən yaxalayıb və ona bir neçə bıçaq xəsarəti yetirib, o cümlədən qulağını kəsib. Sonra R.H. polisə könüllü təslim olub.

Hələ 30 yaşı olmayan yaralı E.E. Mərkəzi Rayon Xəstəxanasına çatdırıldıqdan sonra əməliyyat olunub. Lakin həkimlər kəsilmiş qulağı bərpa edə bilməyiblər.

Median.Az oxu.az-a istinadən bildirir ki, ilkin təhqiqat zamanı müəyyən edilib ki, qadın ərinin bərk yuxuya getməsi üçün onun yeməyinə yuxu dərmanı qatıb. Kişi yuxuya gedəndə isə N.H. kənd uşaq bağçasının gözətçisi G.B. ilə görüşə gedib.

Kənd sakini arvadını başqa kişi ilə tutduğu gecə yuxu dərmanı təsir etməyib. R.H. yuxudan oyanıb və arvadının yanında olmadığını görüb. O, arvadını axtarmağa gedəndə uşaq bağçasının binasının pəncərəsində işıq görüb. R.H. işığa tərəf gedəndə arvadını başqa kişi ilə tutub.

İntihar edən qadının mobil telefonundan intim xarakterli videogörüntülər aşkarlayıblar. Məlum olub ki, qadın əri ilə cinsi əlaqədə olmasını telefona çəkirmiş.

Hazırda faktla bağlı araşdırma davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 216 08.08.19 19:26