Bakıda aşan ağaclar doğranılır - Ehtiyacı olanlar götürə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Bakıda aşan ağaclar doğranılır - Ehtiyacı olanlar götürə bilər

Avqustun 5-dən etibarən paytaxt ərazisində müşahidə edilən güclü külək nəticəsində 70-ə yaxın ağac aşıb, budaqları sınıb və kökündən çıxıb. Hava şəraitinin belə keçməsinə səbəb iqlim dəyişkənliyidir.

Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

O qeyd edib ki, əvvəlki illərdə bu qədər güclü küləklər müşahidə edilməmişdi:

“Ağaclar yay mövsümündə bioloji inkişafda, çiçəklənmiş vəziyyətdə olur. Bu səbəbdən də onların aşma, sınma riski qış mövsümü ilə müqayisədə daha çoxdur. Aparılan müşahidə zamanı son 3-4 gün ərzində budaq sınmaları sağlam, inkişafda olan yaşıl ağaclarda qeydə alınıb. Aidiyyəti qurumların 200-ə yaxın canlı qüvvəsi, 60-70 nəqliyyat vasitəsi paytaxt ərazisindəki ağac, budaq qırıqlarının toplanılmasına cəlb olunub.

Bundan başqa, bu günə qədər güclü külək səbəbindən əyilərək qəzalı vəziyyətə düşən 100-ə yaxın ağac təhlükəsiz vəziyyətə gətirilib. Bu kimi hallarla qarşılaşan vətəndaşlar bizə müraciət edə bilərlər”.

O.Məmmədov aşan ağacların sonrakı taleyindən də danışıb:

“Həmin ağaclar Ramanıdakı ərazimizə daşınır. Əvvəllər biz bu ağacları doğrayıb hərbi hissələrə odun kimi istifadə məqsədilə verirdik. Lakin artıq bütün kommunal xidmətlər yüksək səviyyədə qurulduğu üçün buna ehtiyac yoxdur. Sadəcə, ehtiyacı olan insanlar müraciət edib onları götürə bilərlər".

Qurum rəsmisi insanlara küləkli hava şəraitində küçədə gəzərkən irigövdəli ağacların altında dayanmamağı, avtomobilləri ağacların yaxınlığında park etməməyi tövsiyə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 232 08.08.19 15:00