“Azərxalça” müflis elan edilməsini istədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

“Azərxalça” müflis elan edilməsini istədi

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ləğv prosesində olan “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair ərizəsinin mümkünlüyünə baxılıb.

Ərizədə “Azərxalça” Elmi Yaradacılıq İstehsalat Birliyinin müflis elan edilməsi, cəmiyyətin iflas prosesinə başlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilib.

Hakim Aytən Oruczadənin sədrliyi ilə keçirilən məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, ərizəçi (borclu) tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.

Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ləğv prosesində olan “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin ümumilikdə 405.006,4 manat borcu mövcuddur. Həmin borcun 17.327,01 manat hissəsi vergiyə, digər 72.366,42 manat hissəsi isə sosial sığorta borcuna aiddir.

Bu borclar ilə bağlı ərizəçi öz ərizəsində kreditor qismində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini göstərib.

Buna baxmayaraq, ərizəçi sözügedən 405.006,4 borcunun 296.389 manat hissəsini isə yalnız kredit borclarının olması ilə əsaslandırıb, lakin mövcud olan kreditorların siyahısını ərizəyə əlavə etməyib.

Belə olduğu halda, məhkəmə hesab edib ki, ləğv prosesində olan “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ərizəni “Müflisləşmə və iflas” haqqında Qanunun tələblərinə, eyni zamanda Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etməyərək məhkəməyə təqdim etdiyindən, ərizə geri qaytarılmalıdır.

Məhkəmə izah edib ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 250 06.08.19 17:00