Baş infeksionist: Heyvanlara qarşı rəhmli olmalıyıq, amma öz sağlamlığımızı da düşünməliyik » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Baş infeksionist: Heyvanlara qarşı rəhmli olmalıyıq, amma öz sağlamlığımızı da düşünməliyik

Bir müddət əvvəl mediada qızın iti tumarlayarkən infeksiyaya yoluxması barədə xəbər yayılmışdı. Hadisə ABŞ-n Ohaya ştatında baş verib. Meri Treyner adlı qız itin tüpürcəyi vasitəsilə ağır infeksiyaya yoluxub. Həkimlər qızda it və pişiklərdə rast gəlinən “Capnocytophaga” bakteriyaları aşkar edib. Nəticədə M.Treyner yuxarı və aşağı ətraflarından məhrum olub. Onun əlləri və ayaqları amputasiya edilib.

Mövcud vəziyyət əhali arasında narahatlıq yaradıb.

Oxu.az mövzu ilə əlaqədar Azərbaycanın baş infeksionisti Cəlal İsayevlə əlaqə saxlayıb.

C.İsayev bildirib ki, bu gün ən qorxulu xəstəlik quduzluqdur:

“İt, pişik və siçovul dişləməsi ilə insana keçən bakteriyalar var. Lakin bu bakteriyalar belə bir qorxulu vəziyyət yarada bilməz. Cəmiyyət arasında sensasiya yaratmağa dəyməz. İtlərdən insana daha çox yoluxan xəstəlik quduzluqdur. Onun da vaksinləri var. Vaxtında peyvəndə aparıldığı təqdirdə ölüm halları da yaşanmır”.

Baş infeksionist qeyd edib ki, siçovul dişləməsindən yaranan xəstəliklər də var:

“Lakin bütün bunlar ümumilikdə ağır deyil, müalicəyə cavab verən xəstəliklərdir. Bu xəstəliklər zamanı heç bir amputasiya və ya ölüm halları riski böyük deyil, hətta deyərdim ki, yoxdur”.

C.İsayev onu da əlvə edib ki, azyaşlı uşaqların heyvanlarla çox sıx ünsiyyət qurması məsləhət görülmür:

“Bəzən 5-10 yaşlı uşaqlar heyvanlarla oynayır, valideynlər isə buna mane olmur. Məsələ burasındadır ki, ev heyvanlarının sağlamlığına kimsə cavabdeh ola bilər, sahibsiz heyvanların sağlam olub-olmadığını isə bilmirik. Küçədə itdən, pişikdən insana exinokokk xəstəliyi də keçə bilər ki, bu da qaraciyərdə, digər orqanlarda kistanın yaranmasına səbəb ola bilər. Bu da əməliyyatla götürülə bilər. Demirəm ki, heyvanlara qarşı qayğı göstərilməsin, amma heyvanlara qarşı rəhmli olmaqla yanaşı, insan öz sağlamlığını da düşünməlidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 067 06.08.19 14:25