Yeni yaşayış binaları sakinlərinə müjdə » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Yeni yaşayış binaları sakinlərinə müjdə

Paytaxtda bəzi çoxmənzilli binalarda xidmət haqqının yeni üsulla ödənilməsinə başlanılıb. Mənzilin sahəsinə görə xidmət haqqının onlayn ödənilməsi üsulu artıq Bakıdakı göydələnlərin bir hissəsində tətbiq edilir. Qeyd edək ki, yeni yaşayış binalarının idarə edilməsində müzakirələrə səbəb olan məsələlərdən bir də xidmət haqlarının yığılmasıdır.

Hazırda yeni yaşayış binalarının çoxunda xidmət haqları nağd yığılır. Sakinlər bu pulu MTK-ların işçiləri olan komendantlara ödəyirlər. Bu isə mənzillərin başqasına satılması zamanı bir sıra mübahisələrə gətirib çıxardır. MTK-ların çoxu xidmət haqqına görə sakinlərə qəbz vermədiyindən mənzilin başqasına satışı zamanı borc üzə çıxır. Bu zaman isə xidmət haqqını ödədiyini nə sakin sübut edə bilir, nə də ki, MTK boynuna alır. Nəticədə yaşayış binalarının sakinləri ilə komendantlar arasında münaqişə yaranır. Ekspertlər yeni yaşayış binalarında xidmət haqlarının nağdsız ödənilməsinin mütərəqqi üsul olduğunu söyləyirlər.

Mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı açıqlamasında bildirib ki, qanunvericiliklə sahə mülkiyyətçilərinin mənzil idarəçiliyini özləri müəyyən etmək hüququ var. MTK-lar binanı tikib təhvil verdikdən bir ay sonra onu sakinlərin istifadəsinə verməlidirlər. Bəzən sakinlər gözləyirlər ki, MTK “şələ-şüləsini” yığıb gedəndən sonra binanın idarəçiliyi onlara verilsin. Yəni sakinlər elə başa düşürlər ki, onların çıxarışları olmasa, mənzil idarəçiliyini idarə edə bilməzlər. Mənzil Məcəlləsində konkret müddəa var ki, sahə mülkiyyətçisi MTK-dan aldığı mənzilin dəyərini tam ödəyibsə, o, mülkiyyətçi sayılır. Baxmayaraq ki, onun hüquqları Dövlət Reyesterində tanınmayıb. Sakinin əlində maliyyə arayışı varsa, faktiki onlar mülkiyyətçi hesab olunur”.

R. Osmanlının sözlərinə görə, çoxmənzilli binalarda ümumi sahənin 50+1-nin iştirakçıları yığışıb Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq hüququna malikdir: “Belə qurumun yaranması Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Ədliyyə Nazirliyi Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini qeydiyyata alır. Sadəcə vətəndaşlar bu məsələdən o qədər də məlumatlı deyillər. MTK-lar çox hallarda vətəndaşlara yanlış informasiya verirlər ki, sizin çıxarışınız yoxdur, idarə edə bilməzsiniz. Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsində MTK-nın özünün, MTK rəhbərliyinin, ərazi üzrə bələdiyyənin və idarəetmə ilə bağlı digər qurumların sakinlərin binanı idarəetməsinə mane olmasına görə hüquqi və fikizi şəxslərə cərimələr nəzərdə tutulur. Bu cərimələrin də məbləği kifayət qədər yüksəkdir. MTK rəhbərləri üçün bu cərimə 3000-5000 manat arasında dəyişir. Sahə mülkiyyətçiləri bu qurumu yaratdıqdan sonra hər bir sahə mülkiyyətçisi ilə ayrılıqda kommunal xidmətə dair müqavilə bağlamalıdırlar. Həmin müqavilə bağlandıqdan sonra onun ödəmə formasını rahat şəkildə müəyyən etmək mümkündür. Bu, bank yolu ilə də ola bilər, kassa çeki formasında da ola bilər”.

kspert deyir ki, yeni yaşayış binalarında kommunal haqların onlayn yığımı sakinlərin rahatlığı ilə yanaşı, şəffaflığı da təmin edir. Belə ki, sakin elektron qaydada xidmət haqqını rahat şəkildə ödəyə bilir: “Bunun üçün binanın komendantına yaxınlaşıb vaxt itirmir. Bəzi vaxtlarda MTK-lar sakinlərə ödəmə qəbzi vermirlər. Bunu onunla əsaslandırırlar ki, onsuz da siz bu binada yaşayırsız, kommunal haqları ödəyirsiz. Amma bu, sözdə belədir. Bir də görürsən ki, sakin mənzilini satarkən vətəndaşdan ödəmədiyi müddətə görə əlavə pul tələb edir, müqavilənin dəyişdirilməsindən imtina edir. Bu kimi əlavə problemlərin ortaya çıxmaması üçün çoxmənzilli yeni binalarda nağdsız ödəməyə keçid müsbət haldır. Düşünürəm ki, yeni yaşayış binalarında xidmət haqqının onlayn ödənilməsi təcrübəsi yayılmalıdır”.//sputnik.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 045 05.08.19 22:03