Bu həşərat 52 milyard insanın ölümünə səbəb olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Bu həşərat 52 milyard insanın ölümünə səbəb olub

Dünya elm adamları balaca varlıqlar olan ağcaqanadlar üzərində araşdırmaları genişləndirib.

Dünyada bu günə kimi yaşamış insanların 52 milyardı ağcaqanadların daşıdığı xəstəliklər səbəbindən ölüb.

Median.Az
xəbər verir ki, tarixçi yazar Timoti Vineqard ağcaqanadlar üzərində apardığı araşdırmalardan sonra bu nəticəyə gəlib.

Araşdırmalara görə tarixdə ən çox insan ağcaqanadların vasitəsilə ölüb. Yaxın vaxtlarda ağcaqanadların yaydığı xəstəliklər ucbatından ölənlərin sayı daha da arta bilər.

Tarixçi ağcaqanadların daşıdığı virusların müharibələrdə silah kimi istifadə olunduğunu açıqlayıb.

Dünya Səhiyyə Təşikaltı hər il təxminən 800 min insanın ağcaqanadların daşıdığı xəstəliklərdən öldüyünü açıqlayıb.

Ağcaqanadların yaydığı xəstəliklərdən təsirlənən sadəcə insanlar deyil. Quş növləri də ağcaqanadların daşıdığı xəstəliklər səbəbilə yox olur.

Ən önəmli problem isə ağcaqanadların qida zəncirində necə bir yerə sahib olduğunun bilinməməsidir. Elm adamlarına görə, Yer kürəsində istiləşmə davam edərsə, ağcaqanadların daşıdığı viruslara məruz qalanların sayı da sürətlə artacaq.

2080-ci ilə kimi daha bir milyard insan ağcaqanadların yaydığı viruslardan təsirlənə bilər. Şimali Amerika və Avropa yaxın gələcəkdə ağcaqanadların daşıdığı virusların yayıla biləcəyi bölgələr sırasında yer alır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 149 05.08.19 21:10