Cahangir Hacıyevlə əlbir olan direktorun məhkumluğu götürüldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Cahangir Hacıyevlə əlbir olan direktorun məhkumluğu götürüldü

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevlə birgə təqsirləndirilmiş, bankın Nərimanov filialının sabiq rəhbəri Məmməd Cahangirov barəsində şərti məhkumetmənin ləğv edilməsi və məhkumluğun götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

Yasamal Rayon Məhkəməsi onun müraciətini təmin edərək, barəsində şərti məhkumetməni ləğv edib və M.Cahangirovun məhkumluğumum götürülməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Protest Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Sabiq bankirlə birgə bankın Nərimanov filialının direktoru işləmiş M.Cahangirov və digər şəxslər də mənimsəmədə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. M.Cahangirovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona şərti cəza verilib.

Xatırladaq ki, C.Hacıyev və bir neçə şəxsin cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 538 05.08.19 13:17