ÜST: Azərbaycanda uşaqların 95 faizindən çoxu peyvənd olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

ÜST: Azərbaycanda uşaqların 95 faizindən çoxu peyvənd olunur

“Azərbaycanda yoluxucu xəstəliklər getdikcə azalır. Çünki bu xəstəliklər üzrə yoxlanışlar yaxşı səviyyədədir. Əvvəllər həm körpələrdə, həm daha yuxarı yaş qrupuna aid uşaqlarda yoluxucu xəstəliklərə tutulma və bu xəstəliklərdən ölüm halları çox idi”.

Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, hazırda 30 yaşdan yuxarı insanlarda yoluxucu olmayan xəstəliklərdən ölüm halları daha yüksəkdir.

“Bütün uşaqlarda tənəffüs yolu ilə bağlı xəstəliklərə daha çox rast gəlinir. Azərbaycanda da vəziyyət digər ölkələrdə olduğu kimidir. Azərbaycanda vərəmə qarşı mübarizə sahəsində çox vacib addımlar atılıb. Amma hələ də vərəm xəstəliyi ilə bağlı istifadə olunan müalicə üsulları, dərmanlara diqqət etməli və həmin xəstələr nəzarətdə olmalıdır. Burada vərəmdən başqa geniş yayılan yoluxucu xəstəlik yoxdur. Məsələn, malyariya ilə bağlı uğurlar qazanılıb. ÜST hazırlıqlar görür, yaxın zamanlarda Azərbaycanı malyaridan azad olmuş bölgə kimi elan etməyi düşünür. Çünki uzun illərdir, Azərbaycanda malyariya xəstəliyi yoxdur”.

H.Harmancı qeyd edib ki, yoluxucu xəstəliklərlə mübarizədə uğur qazanmanın ən əsası peyvəndlərdir:

“Azərbaycanda 95 faizdən çox uşaq düzgün şəkildə peyvənd olunur. Təxminən 10 ildir ki, vəziyyət belədir. Avropanın bir çox ölkələrində qızılca xəstəliyinə tutulanlar və bu xəstəlikdən ölənlər çox olur. Azərbaycanda isə çox ölüm hal qeydə alınmayıb. Çünki Azərbaycanda peyvəndləmə işləri çox yaxşı aparılır. Amma peyvəndləməyə hər zaman riayət etməyimiz lazımdır. Bunlardan geri qalsaq, yoluxucu xəstəliklər yenə ortaya çıxar”.

H. Harmancının sözlərinə görə, dünyada qan şəkəri, qan təzyiqi, artıq çəki, ağciyər xərçəngi çox yaılmış xəstəliklərdir və bunlar yoluxucu olmayan xəstəliklər kimi qruplaşdırılır:

“Azərbaycan bu xəstəliklərlə bağlı mütləq nələrsə etməlidir. Çünki artıq çəki problemi var, kişilər arasında siqaret çəkənlərin sayı artır. Azərbaycanda siqaret çəkən kişilər 40-45 faiz ətrafındadır. Bu da birbaşa ağciyər xərçəngi ilə əlaqədardır. Qan təzyiqi nəzarət altında deyil, idarə edilməsi lazımdır. Yüksək qan təzyiqi olan, həmçinin şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı da artır. Bu xəstəliklərin qarşısının alınması üçün ilkin səhiyyə xidmətlərinin qüvvətləndirilməsi çox vacibdir. Çünki insanların ən yaxınında olan ilkin səhiyyə xidmətləridir.

Birinci, ilkin səhiyyə xidmətindəki həkimlərin, tibb bacılarının bilik və bacarıqlarının artırılması lazımdır. Bu xəstəliklərin idarə olunması ilə bağlı onlara səlahiyyət verilməlidir. Ondan sonra daim monitorinq aparılacaq ki, bu xidmətlər düzgün aparılırmı və vəziyyət necədir. Məsələn, hər hansı bölgədə 5000 min insan arasında 30 yaşdan yuxarı olanların neçəsində qan təzyiqi yüksəkdirsə, onların sayı bilinməli və həmin xəstələr nəzarətdə saxlanmalıdır”, - deyə o əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            976 03.08.19 20:50