Nazirlik ağac kəsdiyinə görə Dövlət Agentliyini cərimələdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Nazirlik ağac kəsdiyinə görə Dövlət Agentliyini cərimələdi

Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrində yol çəkilişi zamanı ağacların kəsilməsi və zədələnməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-dən verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda aparılan yol tikintisi ilə əlaqədar tikinti altına düşən ağacların ərazidən köçürülməsi ilə bağlı verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı və köçürülmə zamanı xüsusi texnikadan istifadə edilmədiyi, nəticədə ağacların bir qisminin zədələndiyi aşkar edilib.

Faktla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.

Ərazidəki digər ağacların köçürülməsi zamanı aqrotexniki qaydalara əməl etmələri üçün Agentliyə icrası məcburi olan “məcburi göstəriş” verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 073 03.08.19 14:43