Avqustun 3-də Ağsu ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə oxu.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələnin dərinliyi 13 km, maqnitudası 3.5 olub.
Bildirilib ki, zəlzələ yerli vaxtla 08:50-də qeydə alınıb.
Zəlzələ episentrdə və ətraf rayonlarda 3 bala qədər hiss olunub.