Sağalmaz xəstələr üçün vəsait toplanır, amma ödəniş olmayıb - SƏBƏB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Sağalmaz xəstələr üçün vəsait toplanır, amma ödəniş olmayıb - SƏBƏB

Bu ilin I yarısında Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə 95 min manat sığorta haqqı toplanılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən xəbərə görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Məlumatda qeyd olunur ki, hesabat dövründə adı çəkilən sığorta növü üzrə ödəniş olmayıb. Bu baxımdan vəziyyət ötən ilin eyni dövründəki kimi qalıb.

Maraqlıdır, sağalmaz xəstəliklərə görə vəsait toplansa da, ödənişin olmamasının səbəbi nədir?

Sualımıza cavab olaraq palatadan verilən məlumatda isə ödənişlərin olmamasının səbəbləri açıqlanıb: "Ümumiyyətlə, sağalmaz xəstəliklərdən sığorta sinifi üzrə yalnız həyat sığorta şirkətləri məşğul olurlar. 2018-ci ilin yekunlarına əsasən bu sinif üzrə 278 001 manat sığorta haqqı yığılsa da, sığorta ödənişi həyata keçirilməyib. 2019-cu ilin II rübünün hesabatlarına əsasən isə həmin sinif üzrə 94 754,05 manat sığorta haqqı yığılıb və sığorta ödənişi həyata keçirilməyib. Sığorta ödənişinin həyata keçirilməsi üçün əsas sığorta hadisəsinin baş verməsidir. Sığorta ödənişlərinin həyata keçirilməməsi sığorta hadisələrinin qeydə alınmaması və bununla əlaqədar olaraq sığorta tələbinin yaranmamasından irəli gəlir".

Palatadan bildirilib ki, bağlanmış sığorta müqavilələri üzrə sığorta tələbləri şirkətlərə daxil olmadığından xəstəliklərlə bağlı müraciətlərin statistikasının toplanması mümkün olmayıb.

Digər, özəl sığorta şirkətlərinin neçəsi bu sığortadan istifadə edir sualımıza cavab olaraq isə bildirilib ki, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 4 həyat sığorta şirkətinin hamısının bu sinif üzrə fəaliyyət aparmağa icazəsi var: "Ölkənin sığorta bazarında fəaliyyət göstərən həyat sığorta şirkətlərinin heç biri dövlətə məxsus deyil, hamısı özəl təşkilatlardır. Həyat sığorta sahəsində fəaliyyət göstərən dövlət sığorta şirkəti mövcud olmadığından toplanmış yığımların hamısı özəl sığorta şirkətlərinin payına düşür".//sputnik.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            988 02.08.19 21:56