BNA yeni növ dayanacaq məntəqəsi təşkil edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

BNA yeni növ dayanacaq məntəqəsi təşkil edib

Daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla, eyni zamanda mütəxəssislərimizin apardığı təhlillərin nəticələrinə uyğun olaraq, bu il 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb. Median.Az-ın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sonuncu dəfə Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub. Yeni pavilyonların quraşdırılması ilə yanaşı, mövcud olanlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir.

İctimai nəqliyyatda keyfiyyətin yüksəldilməsi, sərnişinlərin təhlükəsizliyinin artırılmasının əsas şərtlərindən biri avtobus dayanacaq məntəqələrinin düzgün təşkil edilməsidir. Agentlik şəhərimizdə ilk dəfə Məhəmməd Xiyabani küçəsində çıxıntılı avtobus dayanacaq məntəqəsi təşkil edib. Bu tip dayanacaq məntəqəsi avtobusa manevr etmədən dayanacağa daxil olmağa və çıxmağa imkan verir. Dayanacaq məntəqəsinin uzunluğu ərazidə xidmət göstərən avtobusların uzunluğuna və sayına görə dəyişə bilər. Bu dayanacaq məntəqələrinin üstünlükləri aşağıdakılardır:

1. Dayanacaq məntəqəsinin təşkili üçün minimum ərazi tələb olunur (pavilyon yerləşdirilmədikdə bu tip dayanacaq məntəqələrinin uzunluğunu hətta 3 metr təşkil edə bilər;

2. Qanunsuz parklanmanın qarşısını alır;

3. Avtobusun səkiyə paralel şəkildə 5 sm-ə qədər yaxınlaşmasını;

4. Minib-düşmə vaxtını minimuma endirir;

5. Avtobus dayanacaq məntəqəsində keçirdiyi vaxtı azaldır;

6. Sərnişinlərə gözləmək üçün əlavə sahə təmin edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 409 02.08.19 20:26