İcra başçısının oğluna yüksək vəzifə verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

İcra başçısının oğluna yüksək vəzifə verildi

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə yeni direktor təyin olunub.

“Report”un məlumatına görə, bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai Sevindik oğlu Hətəmov 3 saylı “ASAN xidmət” mərkəzinin direktoru təyin edilib.

O, bu təyinata qədər həmin mərkəzin direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda 2018-ci ilin may ayından 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsini icra edib.

Qeyd edək ki, X.Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun oğludur. Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Xatırladaq ki, 2018-ci ilin may ayında 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin direktoru Seymur Mövlayev işdən çıxıb. O, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-nin sədri təyin edilib. S.Mövlayev 2019-cu ilin yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) sədr təyin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 095 02.08.19 15:56