Dövlət Agentliyi: İşəgötürənlərin kadrlara tələbatı nəzərə alınmalıdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Dövlət Agentliyi: İşəgötürənlərin kadrlara tələbatı nəzərə alınmalıdır

Peşə təhsili müəssisələrinə cəlb olunan mütəxəssislərin stimullaşdırılması baxımından onlara verilən məvacib ən azından peşə təhsili müəssisəsində olan ustanın əməkhaqqı səviyyəsinə uyğunlaşdırılmalıdır.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Strateji Yol Xəritəsinə əsasən işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını təmin etmək üçün onların tələbatı nəzər alınmaqla kadr hazırlığı aparılmalıdır:

“Bu, diplomlu işsizlərin cəmiyyət üçün istehsalı deməkdir. Buna görə də istənilən sahədə işəgötürənlərin kadrlara olan tələbatı nəzərə alınmalıdır. İşəgötürənləri peşə təhsilinə inteqrasiyaya stimullaşdırmaq üçün həm “Peşə təhsili haqqında” qanunda xüsusi müddəlar nəzərdə tutulub, həm də bu, Strateji Yol Xəritəsində öz əksini tapıb. Qaydalar hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Müvafiq qurumların rəy və təklifləri Təhsil Nazirliyinə daxil olduqdan sonra layihəyə yenidən baxılacaq. Hazırda bu təkliflər nəzərə alınmaqla layihə üzrə iş davam etdirilir. Yaxın vaxtlarda layihə yenidən aidiyyəti qurumlara təqdim ediləcək”.

A.Əlili əlavə edib ki, qaydalar layihəsində “Peşə təhsili haqqında” qanunda nəzərdə tutulan məsələlərlə bağlı təkliflər də irəli sürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 088 02.08.19 12:20