QİÇS daşıyıcısı: Pul gəldi-gedərdi, sağlamlığınızın qədrini bilin - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

QİÇS daşıyıcısı: Pul gəldi-gedərdi, sağlamlığınızın qədrini bilin - VİDEO

Statistikaya əsasən, ötən il Azərbaycanda 92 nəfər QİÇS virusundan həyatını itirib. Ümumilikdə isə QİÇS-dən ölənlərin sayı 969 nəfərə çatıb.


Bəşəriyyəti narahat edən bu bəla artıq 22 ildir ölkəmizdə də yayılıb. O vaxtdan indiyədək bu sağalmaz xəstəliyə 6193 nəfər yoluxub. Ötən il isə 656 nəfərdə immun çatışmazlığı virusu aşkarlanıb.

Doğrudur, aparılmış maarifləndirmə, profilaktik tədbirlər nəticəsində son illər virusa yoluxanların sayında azalma müşahidə olunur. Xüsusilə nikahdan əvvəl aparılan müayinələr öz müsbət nəticəsini göstərir. Bununla belə, bu xəstəliyin əhatə dairəsi xeyli genişlənib.

Cənub bölgəsi ilə yanaşı, Aran bölgəsində də immun çatışmazlığı virusuna yoluxanlar az deyil. Məsələn, Salyanda 58 nəfər bu virusun daşıyıcısıdır.

Adı gizli saxlanılan müsahibimiz 19 ildir ki, immun çatışmazlığı sindromuna qarşı mübarizə aparır.

O, sağlamlığını itirdiyinə görə peşmandır:

“Bu virusa yoluxan ətrafımdakı insanların bir çoxu indi həyatda deyil. Vaxtında müayinə və müalicə olunsaydılar, bəlkə də yaşayar, həyatdan nakam köçməzdilər.

Çox peşman oldum, çox şey itirdim həyatda. Sağlamlığımı itirdim, həyatımı itirdim. Gənclərdən xahiş edirəm ki, belə şeylərdən uzaq olsunlar. Pul gəldi-gedərdi. Sağlamlığın qədrini bilmək lazımdır”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 243 01.08.19 17:13