Bakıda son 7 ayda özünü zəhərləyib öldürmək istəyənlərin çoxu xanımdır - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Bakıda son 7 ayda özünü zəhərləyib öldürmək istəyənlərin çoxu xanımdır - AÇIQLAMA

İlin əvvəlindən bu günə kimi intihara cəhd edən 18 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Bu barədə oxu.az-a şöbənin baş həkimi Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, qeydə alınanlar arasında ölüm hadisəsi baş verməyib:

“Daha çox sirkə turşusu və dərman içərək intihara cəhd edən insanlar bizə müraciət edib. 18 nəfərdən 12-si sirkə turşusu içib, 6 nəfər isə dərman qəbul edib. Daha çox sakitləşdirici, yuxu, depressiyaya qarşı dərmanlardan istifadə olunub”.

Azər Maqsudov müraciət edənlərin daha çox Bakıdan olduğunu bildirib:

“Rayonlardan çox az şəxs gətirilib. Müraciət edənlərin çoxu Bakıdandır. İntihara cəhd edən şəxslərdən 6-sının vəziyyəti kəskin, qalanlarının isə orta ağır olub. Amma hər hansı ölüm hadisəsi baş verməyib”.

Azər Maqsudov onu da əlavə edib ki, intihara daha çox gənclər və ortayaşlılar cəhd edib:

“Müraciət edənlər 25 və 40 yaş arası olan şəxslər olub. Xanımlar daha çox üstünlük təşkil edib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 316 01.08.19 13:39